Modern.az

Bəşir Süleymanlının həbs müddəti uzadıldı

Bəşir Süleymanlının həbs müddəti uzadıldı

Aktual

9 İyul 2025, 12:45

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Modern.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Bəşir Süleymanlı barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi