Modern.az

Rusiya Azərbaycanla problemlərin siyasi və diplomatik həllinə tərəfdardır

Rusiya Azərbaycanla problemlərin siyasi və diplomatik həllinə tərəfdardır

Aktual

9 İyul 2025, 15:23

"Biz hüquq-mühafizə orqanları vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq".

Modern.az xəbər verir ki, bunu iyulun 9-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, son günlər yaranmış vəziyyətdən sonra Rusiyanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması perspektivlərini necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib:

“Biz əminik ki, bütün yaranan məsələlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir. Bu yanaşma əslində ölkələrimizin xalqlarının əsas maraqlarına xidmət edir", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi