Modern.az

Eks-nazirdən Yekaterinburq hadisələrinə reaksiya: "Danışmasan, elə bilərlər ki, sözün yoxdur"

Eks-nazirdən Yekaterinburq hadisələrinə reaksiya: "Danışmasan, elə bilərlər ki, sözün yoxdur"

Aktual

9 İyul 2025, 16:32

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi tərəfindən azərbaycanlılara qarşı zorakı əməliyyat keçirilib. OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının və digərlərinin evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Bir neçə soydaşımız həbs edilib, onlarla azərbaycanlıya ciddi bədən xəsarəti yetirilib.

Modern.az hadisəylə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovun da mövqeyini öyrənib.

Bu vaxtadək səssiz qalan Elmar Məmmədyarov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan hadisələrlə bağlı doğru mövqe tutub:

"Mən düşünürəm ki, Azərbaycan-Rusiya münasibətləri birmənalı olaraq yeni mərhələyə qədəm qoyub. Əlbəttə, öz tərəfindən Azərbaycan hadisəyə narazılığını bildirir ki, işgəncə görən soydaşlarımız Rusiya vətəndaşı olsalar da, onları belə döymək, öldürməklə məsələni həll etmək olmaz. Azərbaycan açıq şəkildə bəyan edir ki, bu, qəbuledilməzdir. Mən Azərbaycanın bu mövqeyini tam şəkildə dəstəkləyirəm. Düzgün yol tutulub. Danışmasan, elə bilərlər ki, sözün yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi