Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyənin Ankara Acıbadem xəstəxanasında əməliyyata məruz qalıb. O, böyrəklərindən əməliyyat olunub.
Modern.az Xalq şairinin səhhəti ilə bağlı onun özü ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında S.Rüstəmxanlı bildirib ki, hazırda səhhəti yaxşıdır:
"Əməliyyat olundum. Daha əlavə müayinələrə filan getməyəcəm. Artıq qayıtmışam Bakıdayam. İşə də çıxıram".