Modern.az

Zamin Zəki ilə bağlı qərar verildi

Zamin Zəki ilə bağlı qərar verildi

Aktual

9 İyul 2025, 19:20

Həbsdə olan hüquq müdafiəçisi Zamin Zəki məhkəmə qarşısına çıxarılıb.

Modern.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində Zamin Zəkinin həbs müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Prosesdə vəsatət təmin edilib və Zamin Zəkinin həbs müddəti oktyabrın 21-nə qədər uzadılıb.

Qeyd edək ki, Z.Zəki bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi