Modern.az

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə ARTIB

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə ARTIB

Aktual

11 İyul 2025, 15:27

Bu ilin I yarısında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 337 min 321 ədəd bilet satılıb.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur.

Ötən ilin yanvar-iyun aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,1 %-ə çatıb.

“biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi