Modern.az

Xarici səyyahlar Cəbrayılda minapartlama prosesini izləyiblər

Xarici səyyahlar Cəbrayılda minapartlama prosesini izləyiblər

Aktual

12 İyul 2025, 11:09

Bu gün Cəbrayıla səfər edən dünya səyyahları Mehdili kəndində mina təmizləmə işlərinin həyata keçirildiyi əraziyə yollanıblar.

Modern.az xəbər verir ki, onlara işğal vaxtı torpaqlarımızın minalar və partlamamış hərbi sursatlarla çirkləndirilməsi barədə məlumat verilib. Həmçinin səyyahlar minalı sahələrin təmizlənməsi prosesini, ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsini izləyublər.

ANAMA-nın bölgədəki nümayəndəsi bildirib ki, Cəbrayıl rayonunun Mehdili kəndində bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb.

Qeyd edək ki, qrupa 15 ölkədən 30 səyyah daxildir.
 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi