Modern.az

Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı

Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı

Aktual

12 İyul 2025, 12:38

"Rusiya qoşunları ötən gecə, iyulun 12-də Ukraynaya 26 raket və təxminən 600 pilotsuz uçan aparat buraxıb, onların yarıdan çoxu “Şahed"lər olub”, - deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Modern.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna”nın məlumatında bildirilib.

"Rusiya ötən gecə Xarkov və Sumı vilayətlərindən Lvov və Bukovina vilayətlərinə zərbələr endirib. Orada 26 qanadlı raket və 597 pilotsuz uçan aparat olub ki, onların da yarıdan çoxu "Şahed"lərdi. 20-dən çox raket və hücumçu pilotsuz uçan aparatların əksəriyyəti zərərsizləşdirilib", - Zelenski bildirib.

Onun sözlərinə görə, mülki infrastruktura, o cümlədən yaşayış binalarına zərbələr endirilib. İndiyədək Çernivtsidə 2 nəfərin öldüyü məlumdur. Hücum nəticəsində yaralanan daha 20-yə yaxın insana lazımi yardım göstərilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi