İsrailin hava hücumları ilə müşayiət olunan 12 günlük müharibə nəticəsində İranda ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, İranın Ədliyyə Nazirliyinin sözçüsü Əsgər Cahangirin sözlərinə görə, 943 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.
Əsgər Cahangir rəqəmlərin məhkəmə-tibbi ekspertizanın məlumatları əsasında dəqiqləşdirildiyini deyib.
İranın səhiyyə naziri Zəfərqandi də İsraillə 12 günlük müharibə zamanı verilən itki və zərərlərlə bağlı açıqlama verib.
Zəfərqandi bildirib ki, 18 tibb işçisi, o cümlədən 6 həkim vəzifəsini yerinə yetirərkən həyatını itirib.