İrəvanda həbsdə olan rusiyalı erməni iş adamı, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan yeni siyasi qüvvə yaratdığını bəyan edib.
Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, Samvel Karapetyanın bununla bağlı bəyanatını onun qardaşı oğlu Narek Karapetyan yayıb. Samvel Karapetyan prinsipial olaraq yeni siyasi qüvvənin yaradıldığını elan edib. O, digər siyasi qüvvələrə və xadimlərə böyük hörmət bəslədiyini qeyd edib.
"Ancaq bizim Ermənistan üçün yaxşı gələcək qurmaqla bağlı öz baxışımız var. Və biz öz yolumuzla gedəcəyik, yeni komandamızla həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etməyək. Biz xalqımızı ədalətli və yüksək məqsədlər ətrafında birləşdirməyə çalışacağıq", - Karapetyan bildirib.
O, həmçinin əlavə edib ki, artıq siyasi komandanın formalaşmasına başlanılıb.
“Tashir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan iyunun 19-da 2 ay müddətinə həbs edilib. O, Ermənistan Respublikasının Konstitusiyasında nəzərdə tutulmayan qaydada hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunur.