Modern.az

Dəmir yolları vağzallarında kassaların fəaliyyəti DAYANDIRILIR

Dəmir yolları vağzallarında kassaların fəaliyyəti DAYANDIRILIR

Aktual

14 İyul 2025, 12:06

Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini azaltmaq məqsədilə 15 iyuldan başlayaraq Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.

ADY-dən Modern.az-a verilən məlumata görə, təkmilləşdirilmiş “ADY Mobile” tətbiqi və rəsmi veb-sayt (ticket.ady.az) vasitəsilə daha sürətli və rahat bilet alışı davam edəcək.

Qeyd edək ki, ötən il rayonlararası istiqamətlərə biletlərin 70 faizi onlayn əldə edilib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb.(APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi