Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib.
Modern.az xəbər verir ki, təlimin əsas mövzusu “DOST Agentliyi tərəfindən göstərilən xidmətlər” olub.
DOST-un mətbuat katibi Şahin Əliyev bildirib ki, DOST bu sahədə Azərbaycanın gələcəyinə təsir edən taleyüklü yenilikdir: "Azərbaycanın gələcəkdə müasir inkişaf etmiş dövlətlər səviyyəsində olmasına səbəb ola biləcək bir sistemli konseosiyadır".
Qeyd edək ki, "Sosial Jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.