Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, Yelisey sarayında Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.
***
17:40
Fransa prezidenti Emmanuel Makron bu gün Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.
Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayının rəsmi saytında bildirilib.
Məlumata görə, Fransa prezidenti Emmanuel Makron bu gün Paris vaxtı ilə saat 17:00-da Ermənistanın baş naziri Nikol Paşinyanla danışacaq.
Qeyd edək ki, Nikol Paşinyan bu gün Brüsseldə səfərdə olub, oradan isə Fransaya yollanıb.