“ABŞ lideri Donald Trampın iyulun 14-də səsləndirdiyi bəyanatlar Moskvaya dekorativ ultimatumdur, onun da fərqinə varmayıb”.
Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X-də yazıb.
Bu, Moskvanın Vaşinqtonun dünənki bəyanatlarına ilk rəsmi reaksiyasıdır.
"Tramp Kremlə dekorativ ultimatum verib. Dünya bunun nəticələrini gözləyərək titrədi. Müharibə aparan Avropa İttifaqı məyusdur. Rusiya bunu hiss etməyib", - Medvedev bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə 50 gün ərzində atəşkəs əldə etməsə, 100%-lik tariflərlə hədələmişdi.