COVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.
Modern.az xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək:
”Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır".
O vurğulayıb ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.