İşğaldan azad olmuş ərazilərdə ümumi olaraq 29.54 faiz ərazi Minalardan təmizlənib.
Modern.az-ın xəbərinə görə, bu sözləri Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda təşkil edilmiş regional konfransda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı söyləyib.
E.Hüseynov çıxışı bildirib ki, bu günə kimi Ağdam rayonunun 54.24 faizi, Füzuli rayonun 67.76 faizi, Xocavənd rayonunun isə 7.56 faizi minalardan təmizlənib deyərək tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.