Modern.az

Qarabağ veteranının atası Lerikdən Bakıya yürüşə çıxdı

Qarabağ veteranının atası Lerikdən Bakıya yürüşə çıxdı

Aktual

15 İyul 2025, 12:44

Lerik rayonunun Durğan kənd sakini, Vətən müharibəsi iştirakçısı Elgün Əbülfətovun atası Əligülla Əbülfətov maraqlı addım atıb.

Modern.az xəbər verir ki, Əligülla kişi vətənpərvərlik yürüşünə başlayıb. Belə ki, o, Lerik rayonunun Durğan kəndindən Bakı şəhərindəki Şəhidlər xiyabanına qədər piyada yola çıxıb.

Onun məqsədi oğlunun, həmçinin qazi və şəhidlərin könlünü və müqəddəs ruhunu şad etmək, vətən uğrunda canından keçmiş igidlərin xatirəsini əziz tutmaq və cəmiyyətə vətən sevgisini bir daha xatırlatmaqdır.

Əligülla Əbülfətovun yürüşü yalnız Bakıda bitməyəcək. O, Bakıdakı Şəhidlər xiyabanından sonra azad edilmiş torpaqlara - Füzuli və Şuşaya doğru piyada yola düşəcək.

Əligülla Əbülfətov deyir ki, bu addımlar onun oğlu Elgünün döyüşdüyü torpaqlara olan vətəndaşlıq və ata borcudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi