Modern.az

Rusiya Ukraynanın daha iki qəsəbəsini işğal etdi

Rusiya Ukraynanın daha iki qəsəbəsini işğal etdi

Aktual

15 İyul 2025, 13:36

Rusiyanın “Cənub” qoşun qruplaşmasının bölmələri Donetsk isdtiqamətində Petrovka qəsəbəsini nəzarətə götürüb. Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik həmçinin bildirir ki, “Şərq” qoşun qruplaşmasının bölmələri də Donetskdə Voskresenka yaşayış məntəqəsini nəzarətə götürüb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadası, dəniz piyadaları briqadası və iki ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikası Dnepropetrovsk vilayətinin Novogeorgiyevka, Zaporojye vilayətinin Temirovka və Poltavka yaşayış məntəqələri ərazilərində darmadağın edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi