Modern.az

Putin Trampın hədəsinə CAVAB VERƏCƏK

Putin Trampın hədəsinə CAVAB VERƏCƏK

Aktual

15 İyul 2025, 14:12

“ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son bəyanatları çox ciddidir, bəziləri şəxsən Vladimir Putinə ünvanlanıb”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, Kremlə Vaşinqtonda deyilənləri təhlil etmək üçün vaxt lazımdır, Putin lazım bildiyi halda Trampın sözlərini şərh edəcək.

Peskov hələlik onu qabaqlamaq istəmədiyini bildirib. Prezidentin mətbuat katibinin sözlərinə görə, hələlik bir şeyi birmənalı demək olar: “Ukrayna Vaşinqtonda verilən qərarları “sülh üçün deyil, müharibənin davam etdirilməsi üçün siqnal kimi qəbul edir”.


Peskov xatırladıb ki, Rusiya sülh danışıqlarının üçüncü raundunun keçirilməsi ilə bağlı Kiyevin təkliflərini gözləyir və dialoqu davam etdirməyə hazırdır. (ilk ikisi mayın 16-da və iyunun 2-də İstanbulda keçirilib, orada tərəflər nizamlanmaya dair memorandum mübadiləsi aparıblar və hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər).

"Biz hələ də Ukrayna tərəfdən təklif almamışıq. Hələlik de-fakto vəziyyət belədir. Hazırda bu mövzu ilə bağlı deyə biləcəyim tək şey budur", - o deyib.

Tramp dünən Rusiyadan narazılığını bir daha təkrarlayıb və 50 gün ərzində Ukrayna ilə münaqişənin həllində irəliləyiş əldə olunmayacağı təqdirdə ölkəyə və onun ticarət tərəfdaşlarına 100% ikinci dərəcəli tariflər vəd edib. Eyni zamanda ABŞ prezidenti Kiyevə əlavə silah göndərəcəyini vəd edib ki, bunun üçün Aİ ölkələri pul ödəyəcək. Trampın sözlərinə görə, 17 “Patriot” hava hücumundan müdafiə sistemi Avropaya göndərilmək üçün hazırlanır və onların əksəriyyəti daha sonra Ukraynaya çatdırılacaq.

“Vashington Post” yazıb ki, ABŞ yardımına hazırda Ukraynada olan 18 uzaqmənzilli ATACMS raketlərinin tam 300 km məsafədə istifadəsinə icazə verilə bilər. Qəzetin yazdığına görə, Tramp “Tomaqavk” qanadlı raketlərini Ukrayna Silahlı Qüvvələrinə ötürmək imkanını nəzərdən keçirirdi, lakin hələlik heç bir qərar yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi