Modern.az

Mərkəzi Bank iki sığorta şirkəti ilə bağlı məcburi sərəncam verdi

Mərkəzi Bank iki sığorta şirkəti ilə bağlı məcburi sərəncam verdi

Aktual

15 İyul 2025, 15:54

Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki sığorta şirkətinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncam verib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, "Atəşgah" və "Meqa Sığorta" şirkətlərində AMB tərəfindən monitorinq aparılıb.

Məlum olub ki, sözügedən sığorta şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, AMB bundan əvvəl “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə eyni pozuntu halı ilə bağlı, "AtaSığorta"ya isə kibertəhlükəsizlik tələblərinin pozulması faktı ilə bağlı icrası məcburi sərəncam verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi