Modern.az

Bakıda su kəsiləcək

Bakıda su kəsiləcək

Aktual

15 İyul 2025, 17:06

Bakının Xətai rayonundan keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sabah saat 22:00-dan iyulun 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 17-si axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi