Modern.az

Bu axşamdan güclü küləklər başlayacaq - XƏBƏRDARLIQ

Bu axşamdan güclü küləklər başlayacaq - XƏBƏRDARLIQ

Aktual

16 İyul 2025, 13:14

Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Modern.az-a Xidmətdən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi