Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.
Modern.az Oxu.az-a istinadən xəbər verir ki, artıq siyahıya alınma prosesinə başlanılıb.
Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.
İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bakı şəhərinin inkişafı istiqamətində görülən abadlıq-quruculuq işlərinin genişləndirilməsi məqsədilə Nəsimi rayonunun müvafiq əraziləri üzrə müfəssəl məlumatların toplanması istiqamətində işlər aparılır:
"Həmin ərazilərdə söküntü işlərinin aparılıb-aparılmaması ilə bağlı heç bir məlumatımız yoxdur".