Modern.az

İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

Aktual

16 İyul 2025, 21:42

"İdeal" (indiki "Adore" - red.) mağazalar şəbəkəsinin "mənimsəmə" ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu qərarı qəbul edib.

 

Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

 

Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

Qeyd edək ki, İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi