Modern.az

Marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Aktual

17 İyul 2025, 14:55

Bakıda marketlərdən oğurluq edən 2 şəxs saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami və Səbail rayonları ərazisində yerləşən marketlərdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 943 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 38 yaşlı Q.Məmmədov və 66 yaşlı M.Nəbiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi