Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.
BŞTİ-dən Modern.az-a bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 13, 45, 53, 60 (2 nəfər), 129, 180 (2 nəfər), 194, 204 (2 nəfər), 218, 234, 259, 263, 269, 272, 275 (2 nəfər), 283 (2 nəfər), 297, 314 nömrəli tam orta məktəblərin, 70, 83 və 264 nömrəli məktəb-liseylərin, 291 nömrəli Ekologiya liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey (5 nəfər), 220 nömrəli məktəb-lisey (3 nəfər), 2 nömrəli texniki-humanitar lisey, Texniki-humanitar lisey və 287 nömrəli “Zəkalar” liseyinin (5 nəfər) məzunları qızıl nişanla təltif edilib.
Həmçinin 47, 274 nömrəli tam orta məktəblər, 83, 166 nömrəli məktəb-liseylər, “Ankara məktəbi” məktəb-lisey (3 nəfər), “Tərəqqi” texniki-humanitar lisey (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunları isə gümüş nişanla təltif olunub.
Qeyd edək ki, qızıl və gümüş nişana layiq görülən məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.