Modern.az

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Aktual

17 İyul 2025, 15:50

57 saylı Xaçmaz şəhər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub.

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə millət vəkili ilə yanaşı İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, YAP rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Toplantıda vurğulanıb ki, Ulu Öndərimiz Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsili davamlı olaraq inkişaf edir.

Dövlət başçısının  rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.  

Ölkə rəhbərliyinin təhsil siyasətinin dəstəklənməsi, təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosessində nailiyyətləri olanların həvəsləndirilməsi məqsədi ilə Ağalar Vəliyev tərəfindən mərasimdə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə 41 məktəbdən 95 qabaqcıl müəllimə və 330 əlaçı şagirdə müxtəlif məbləğlərdə pul mükafatı  təqdim edilib.

Millət vəkili həmçinin, tədris göstəricilərindən asılı olmayaraq şəhid və qazi ailələrinin 20 məktəbli övladına maliyyə dəstəyi göstərib.

Tədbir iştirakçıları təhsilin inkişafına, müəllimlərə və şagirdlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi