Modern.az

Türkmən mətbuatı Berdiməhəmmədovun səfərindən nələr yazdı...

Türkmən mətbuatı Berdiməhəmmədovun səfərindən nələr yazdı...

Aktual

17 İyul 2025, 17:20

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad edilən Qarabağda aparılan quruculuq işləri ilə tanış olması bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

Modern.az xəbər verir ki, Türkmənistanın “Atavatan”, “Orient”, “Turkmenportal”, ingilisdilli “News Central Asia”, “Takyk”, “Business”, “Arzunews”, “Ashgabattimes” və digər informasiya resursları səfər barəsində geniş materiallar dərc edib.

Materiallarda rəsmi xəbərlərlə yanaşı, şərhlər də öz əksini tapıb. Diqqətə çatdırılıb ki, Türkmənistan və Azərbaycan xalqları ortaq tarixə, dinə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malikdirlər və bu amillər iki xalqın birliyini, dövlətlərin isə uzunmüddətli əməkdaşlığını şərtləndirir. Vurğulanıb ki, hər iki dövlətin rəhbərləri arasında hökm sürən mehriban münasibətlər əlaqələrin inkişafına töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov görkəmli siyasi və dövlət xadimləridir, hər iki lider xalqlarının rifahı naminə geniş əməkdaşlıq əlaqələri quraraq ölkələrini inkişaf etdirir.

Qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan nəqliyyat, tranzit, ticarət, energetika sahələrində əməkdaşlıq əlaqələrini davam etdirir və gələcəkdə münasibətlərini daha da möhkəmləndirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi