Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda həyat yoldaşı Vasif Kərimov tərəfindən güllələnən Fərqanə Kərimovanın vəziyyəti açıqlanıb.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ötən gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.