Modern.az

Bakıda 12 qətlin üstü AÇILIB

Bakıda 12 qətlin üstü AÇILIB

Aktual

17 İyul 2025, 17:30

“2025-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7 549 törədilmiş cinayət hadisəsi qeydə alınıb”.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhər Prokurorluğunda 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, qeydə alınan cinayətlərin 92.6 %-inin üstü açılıb: “Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərərvurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi