Modern.az

12 minlik oğurluq edən və maşın qaçıranlar saxlanıldı

12 minlik oğurluq edən və maşın qaçıranlar saxlanıldı

Aktual

18 İyul 2025, 15:00

Xəzər rayonu ərazisində yerləşən 2 evdən və 1 torpaq sahəsindən 12 min manat dəyərində naqil və inşaat materialları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Balayev və 27 yaşlı E.Ağayev saxlanılıblar.

Binəqədi rayonunda isə bir nəfərə məxsus “Azsamand” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 27 yaşlı F.Ağayev və 25 yaşlı E.Əhmədov da saxlanılıblar.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi