Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hakopyan hakimiyyəti ələ keçirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Hakopyan 2025-ci il iyulun 1-də verdiyi müsahibədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışlarını açıq şəkildə səsləndirib. Bununla bağlı bu gün ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb.