Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üzən şəxs batma təhlükəsi ilə üzləşib.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.