Modern.az

Füzulidə fləşmob - VİDEO

Füzulidə fləşmob - VİDEO

Aktual

21 İyul 2025, 09:15

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib.

Bu barədə Modern.az-a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Fləşmobda işğaldan azad edilmiş Füzuli şəhərində məskunlaşan sakinlərin gündəlik şəraiti, həmçinin şəhərin gündüz və gecə görüntüləri təsvir edilib.

Fləşmobda gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə şəhərdəki binaların fasadında Füzuli sözü yazılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü