Modern.az

Azərbaycandan Banqladeşə başsağlığı

Azərbaycandan Banqladeşə başsağlığı

Aktual

21 İyul 2025, 17:29

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk",-məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü