Modern.az

Nazir üçtərəfli görüşü xatırlatdı

Nazir üçtərəfli görüşü xatırlatdı

Aktual

22 İyul 2025, 15:26

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir.

Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır”, - deyə nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!