Modern.az

Rusiya istintaq barədə bizə məlumat vermir - Baş Prokuror

Rusiya istintaq barədə bizə məlumat vermir - Baş Prokuror

Aktual

22 İyul 2025, 15:36

Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törədmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etidiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq.

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev səsləndirib.

Baş prokuror bildirib ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəld olunub. “Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib həm də xəsarət alıblar”, - deyə Kamran Əliyev diqqətə çatdırıb.

O deyib ki, Azərbaycanın rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir. “Prezindent İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya Istintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlıyırıq. Qarşı tərəf hələ ki istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir”, - deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübütları var. “İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki “Embraer-190” təyyarəsi bu ölkədə istehsal olunub”, - deyə o əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!