Modern.az

Xaçmazın kəndlərinin işığı KƏSİLƏCƏK

Xaçmazın kəndlərinin işığı KƏSİLƏCƏK

Aktual

23 İyul 2025, 09:00

Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Muxtardır, Aşağı oba, Sahillər və Dalğalı kəndlərində 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu