Modern.az

Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

Aktual

23 İyul 2025, 10:14

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum ata-oğul 6 illik həbsdən sonra azadlıqlarına qovuşublar.

Oğul Camın səhhətində ciddi problemlər var. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. O, həbsdən çıxan kimi müalicəyə cəlb edilib.

Qeyd edək ki, istintaqdan yayınan Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli biliniblər. Əli və Fuad Camlara əvvəl 13 ilə kimi həbs cəzası təyin edilsə də, sonradan cinayət işlərindəki bəzi epizodların ləğvinə görə cəzaları azaldılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?