Modern.az

35 gün erməni əsirliyində qalan qaziyə vəzifə verildi

35 gün erməni əsirliyində qalan qaziyə vəzifə verildi

Aktual

23 İyul 2025, 12:38

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb. 

Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?