Modern.az

Kamran Əliyev bu rayonlara prokuror təyin etdi

Kamran Əliyev bu rayonlara prokuror təyin etdi

Aktual

23 İyul 2025, 13:30

Kəlbəcərə yeni prokuror təyin edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib.

***

Cəlilabada yeni prokuror təyin edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi Məmmədov İlqar Gülənməd oğlu tutduğu vəzifədən azad edilib. Yeni əmrlə o, Cəlilabadın prokuroru təyin edilib.

***

Neftçalaya yeni prokuror təyin edilib.

Modern.az xəbər berir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Zeynal Zeynalov tutduğu vəzifədən azad edilərək Neftçalaya yeni prokuror təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?