Modern.az

Biləsuvarın bu kəndlərinin qazı KƏSİLƏCƏK

Biləsuvarın bu kəndlərinin qazı KƏSİLƏCƏK

Aktual

23 İyul 2025, 16:48

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Modern.az-ın məlumatına görə, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.

Bu məqsədlə iyulun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?