Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə nümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığın müxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi-Sənaye Şirkəti MMC və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin nümayəndələrinin iştirakı ilə bir sıra müqavilələr imzalanıb.