Modern.az

42 təqsirləndirilən şəxs xaricdən Azərbaycana gətirildi

42 təqsirləndirilən şəxs xaricdən Azərbaycana gətirildi

Aktual

24 İyul 2025, 16:22

Bu ilin altı ayı ərzində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış