Modern.az

Azərbaycan Özbəkistan prezidentini təhqir edən şəxsi ölkəsinə təhvil verdi

Azərbaycan Özbəkistan prezidentini təhqir edən şəxsi ölkəsinə təhvil verdi

Aktual

24 İyul 2025, 18:35

1982-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Yusupov Amonbek Abdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış