Modern.az

"Railgo"da axtarışlar aparılıb: Xəlilov ailəsi ilə Bakıya gəlib - YENİLƏNİB

"Railgo"da axtarışlar aparılıb: Xəlilov ailəsi ilə Bakıya gəlib - YENİLƏNİB

Aktual

26 İyul 2025, 08:51

"Rusiyanın neft məhsullarını daşıyan "Railgo" şirkətində axtarışların aparılması barədə məlumat doğrudur".

Modern.az xəbər verir ki, bu barədə Axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.

Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan "Railgo"nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.

Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.

Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.

Xatırladaq ki, Rəhman Xəlilov açıqlamasında xəbərləri təkzib etmiş, " "Railgo" şirkətinin ofisində axtarışların aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil" demişdi. O bildirmişdi ki, "Railgo" öz fəaliyyətini adi iş rejimində davam etdirir.

***

18:45 / 26.07.2025

Azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railqo” şirkətinin ofisində axtarış aparılmayıb.

Modern.az xəbər verir ki, bu barədə biznesmenin oğlu video-müraciətində deyib. 

Şirkət Rusiyanın “Mash” Telegram kanalının daha əvvəl yaydığı məlumatı təkzib edib.

“Rusiyanın “OOO REILGO” (neft məhsullarının ən iri daşıyıcısı) şirkətinin rəhbərliyi ofisində axtarış aparılması ilə bağlı hər hansı məlumatı rəsmən təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün, 25 iyul 2025-ci il tarixində “REILGO” MMC-nin ofisində iş adi rejimdə aparılıb. “OOO REILGO” şirkəti ilə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib”.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Mash” Teleqram kanalı məlumat yayıb ki, cümə günü səhər xüsusi təyinatlılar və müstəntiqlər neft məhsullarının daşınması ilə məşğul olan “Railqo” şirkətinin Moskva ofisinə basqın ediblər və Lujnikidəki binada axtarışlar aparılıb: işçilər iş yerlərini tərk edə bilməyiblər, sənədləri götürülüb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək