Modern.az

Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi

Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi

Aktual

25 İyul 2025, 20:54

İyulun 25-də Daxili İşlər Nazirliyində (DİN) işğaldan azad olunmuş ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar olaraq onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

 

Vurğulanıb ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

 

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı və bununla əlaqədar profilaktik tədbirlərin intensivləşdirildiyi diqqətə çatdırılıb.

 

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

 

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək