Modern.az

Bir neçə gün əvvəl azadlığa çıxan Fuad Cam vəfat etdi

Bir neçə gün əvvəl azadlığa çıxan Fuad Cam vəfat etdi

Aktual

26 İyul 2025, 13:25

Altı illik həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxan "Royal Bank"ın (ləğv edilib) baş direktoru Fuad Cam vəfat edib.

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, F.Cam özəl klinikalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Fuad Cam atası Əli Camla birgə 6 illik həbsə məhkum edilmişdi. Ata-oğul ikisi də bu yaxında azadlığa buraxılıb. Həbsdən çıxan zaman vəziyyəti kritik olan oğul Cam qan xərçəngindən əziyyət çəkirdi.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək