Modern.az

Kamboca və Tailand arasında atışma yenidən BAŞLADI

Kamboca və Tailand arasında atışma yenidən BAŞLADI

Aktual

27 İyul 2025, 15:37

Hər iki ölkənin ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs danışıqlarına razı olmasına baxmayaraq, dördüncü gündür ki, Kamboca və Tailand mübahisəli sərhədləri boyu zərbələr endirirlər.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, zərbələr Trampın davam edən döyüşlərin iki Cənubi Asiya ölkəsi ilə Vaşinqton arasında ticarət razılaşmalarına xələl gətirəcəyi ilə hədələməsindən bir neçə saat sonra yenidən başlayıb.

 

Tailand və Kamboca rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Çinin döyüşləri dayandırmaq çağırışına baxmayaraq davam edən toqquşmalar cümə axşamı günündən bəri ən azı 32 nəfərin ölümünə və 200 mindən çox insanın didərgin düşməsinə səbəb olub.

 

Bu arada hər iki tərəf son sərhəd toqquşmasının başlamasında bir-birini günahlandırıb. Belə ki, Tailand hakimiyyəti hərbi əməliyyatları dayandırmağa hazır olmadıqlarını bildirib və Kambocanı Surin əyalətində, sərhəddə və bir sıra digər ərazilərdə mülki əraziləri ağır artilleriya atəşinə tutmaqda ittiham edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək