Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər.
Modern.az xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsində əksini tapıb.
Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qanunun bu müddəası peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesinin hərbi xidmətə görə yarımçıq qalmamasını təmin etmək məqsədi daşıyır.
Xatırladaq ki, möhlət hüququ yalnız qeyd olunan şərtlərə cavab verən şəxsləri əhatə edir və 20 yaş tamam olduqdan sonra hərbi xidmətə çağırış qüvvədə qalır.